Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının toplantısının vaxtı müəyyənləşib. Bu barədə çərşənbə axşamı Trend-ə AMİP-in mətbuat xidmətindən məlumat verilib.
AMİP Siyasi Şurasının çərşənbə axşamı keçirilən iclasında Mərkəzi Şuranın toplantısının oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul olunub.
Azərbaycan Milli İstiqlal Partiyası 1992-ci ildə təsis edilib. Ideologiyasının əsasında millətçilik, vətənpətvərlik durur. Partiyanın siyasi sistemdə mövqeyi, əsasən, mərkəzə doğrudur. AMİP 1995-ci ildən dünyanın 63 ölkəsindən 82 sağ-mərkəzçi partiyaları özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqı ilə əməkdaşlıq edir. Partiyanın hazırkı sədri Yusif Bağırzadədir.