...

İrandakı azərbaycanlıların fəallaşması rəsmi Tehranı Qarabağ məsələsi üzərində fokuslandırdı - politoloq

Siyasət Materials 22 Sentyabr 2011 15:25 (UTC +04:00)
İrandakı azərbaycanlıların fəallaşması rəsmi Tehranı Qarabağ məsələsi üzərində fokuslandırdı.
İrandakı azərbaycanlıların fəallaşması rəsmi Tehranı Qarabağ məsələsi üzərində fokuslandırdı - politoloq

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir M.Əliyev/

İrandakı azərbaycanlıların fəallaşması rəsmi Tehranı Qarabağ məsələsi üzərində fokuslandırdı.

Trend-in məlumatına görə, bunu cümə axşamı keçirilən mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, dini və siyasi Tehranın fikrincə, Urmiya gölü ətrafındakı ekoloji problemin milli məsələyə çevrilməsi rəsmi Bakının əməlidir. O qeyd edib ki, hadisələrin daha təhlükəli inkşafının qarşısını almaq üçün İran Prezidenti Mahmud Əhmədinejad bir sıra nazirləri ilə Ərdəbilə gəldi, Azərbaycan ilə həmsərhəd yaşayış məskənlərinin əhalisi ilə görüşdü. Əhmədinejad Azərbaycan, İran-Azərbaycan münasibətləri barədə mədhiyyəli sözlər danışdı, Azərbaycan Prezidenti ilə xüsusi münasibətlərinin olduğunu bildirdi.

Əhmədoğlu deyib ki, müdafiə naziri Vəhidi də İran-Azərbaycan sərhədlərinin yaxşı qorunması barədə bəyanatlar verdi.

"Belə məzmunlu bəyanatların verilməsinə baxmayaraq, Əhmədinejad Tehrana qayıdan kimi Ermənistanın xarici işlər naziri Nalbandyanı Tehrana dəvət etdi. Onu qəbul edən zaman Əhmədinejad İranın Ermənistanla əməkdaşlığı üçqat genişləndirməyə və dərinləşdirməyə səmimi qəlbdən hazır olduğunu bildirdi", - o deyib.

Politoloq qeyd edib ki, Mahmud Əhmədinejad fəaliyyəti dayanmış bütün ikitərəfli layihələrin işinə yenidən stimul veriləcəyini bildirdi. O hesab edir ki, qısamüddətli fasilədən sonra İranın Ermənistanla münasibətlərinin fəallaşmasının əsas səbəbi İranın Azərbaycanı cəzalandırmaq istəyindən irəli gəlir.

"Özünün Azərbaycan Respublikasının daxilindəki beşinci kolonu neytrallaşdırıldığı üçün yenidən Ermənistanı Azərbaycan üzərinə aktivləşdirir. Ərdəbilin coğrafi mövqeyinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün ən strateji mövqeyə malik olduğu nəzərə alınmalıdır. Azərbaycanın işğal altında və işğaldan kənar əraziləri arasında Ərdəbil ərazisi vasitəsilə təmas yarana bilər", - politoloq deyib.

Xəbər lenti

Xəbər lenti