...

Misir İsraillə bağlanmış bütün sazişləri yerinə yetirir - XİN rəhbəri

Siyasət Materials 27 Sentyabr 2011 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Misir İsraillə əvvəllər bağlanmış bütün sazişləri yerinə yetirir və ABŞ-la münasibətlərin inkişafı yollarını axtarır. Bu barədə çərşənbə axşamı Misirin xarici işlər naziri Məhəmməd Əmr bildirib. Trend-in məlumatına görə, xəbəri ərəb KİV-i yayıb.

Nazirin sözlərinə görə, o, ABŞ-ın rəsmi şəxsləri ilə, o cümlədən dövlət katibi Hillari Klintonla Vaşinqtonla münasibətlərin və strateji tərəfdaşlığın möhkəmlənməsi üçün bir sıra görüşlər keçirir.

Bir qədər əvvəl Misirin keçid hökumətinin Baş naziri İsam Şərəf zərurət yaranacağı halda, İsraillə sülh müqaviləsinə düzəlişlər ediləcəyini bəyan etmişdi.

30 il bundan əvvəl Misir İsraillə sülh müqaviləsi imzalayan ilk ərəb ölkəsi oldu. Bu müqavilə Qahirəni antiisrail koalisiyasının əsas iştirakçısından ərəb regionunda yəhudi dövlətinin ilk tərəfdaşına çevirdi. Daha sonra İordaniya da İsraillə sülh bağladı və diplomatik əlaqələr qurdu.

Xəbər lenti

Xəbər lenti