...

Fələstinin BMT-də tam şəkildə təmsil olunmasının vaxtı çatıb - XİN

Siyasət Materials 27 Sentyabr 2011 23:10 (UTC +04:00)
Fələstinin BMT-də tam şəkildə təmsil olunmasının vaxtı çatıb. Bunu çərşənbə axşamı BMT Baş Assambleyasında çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Fələstinin BMT-də tam şəkildə təmsil olunmasının vaxtı çatıb - XİN

ABŞ, Nyu-York, 27 sentyabr /Trend, A. Qasımova/

Fələstinin BMT-də tam şəkildə təmsil olunmasının vaxtı çatıb. Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu çərşənbə axşamı BMT Baş Assambleyasında çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

"Azərbaycan BMT-nın üzv ölkələrinin mövqeyinə öz sədaqətini təsdiq edir. Biz Fələstin xalqı və hakimiyyəti ilə həmrəyik, və hesab edirik ki, bu vacib problemin həll olunması üçün vaxt çatıb. Fələstinin BMT-də tam şəkildə təmsil olunmasının vaxtı çatıb", - Məmmədyarov söyləyib.

Nazir Naser Abdel Əziz ən-Naseri BMT Baş Assambleyasının 66-cı sessiyasının sədri vəzifəsinə seçilməsi ilə təbrik eləyərək ona bu məsuliyyətli vəzifədə uğurlar arzuladı.

Xəbər lenti

Xəbər lenti