Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan zabitləri NATO-nun təşkil etdiyi beynəlxalq tədbirlərə qatılacaqlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, hərbiçilərimiz oktyabrın 3-7-də Almaniyada NATO Sülhün dəstəklənməsi əməliyyatları üzrə kursda iştirak edəcəklər.
Həmin tarixlərdə bir qrup zabitimiz Almaniyada NATO təlimlərinin planlaşdırılması kursuna qatılacaqlar.
Oktyabrın 3-dən 7-dək Bakıda NATO-nun Brunssum BQK mobil təlim qrupunun "maddi-texniki təminat" mövzusunda təlim kursu işə başlayacaq.
Zabitlərimiz oktyabrın 4-12-də Polşada NATO-da standartlaşdırma, 5-7 oktyabrda Belçikada NATO Maliyyə büdcəsinin idarə olunması kurslarında iştirak edəcəklər.
Milli Ordunun zabitləri 10-14 oktyabrda Türkiyədə Terrorizm və Kütləvi İnformasiya Vasitələri kursunda iştirak etmək üçün bu ölkəyə səfər edəcəklər.