...

Azərbaycan Prezidenti İranın mədəniyyət və islami irşad nazirini qəbul edib

Siyasət Materials 3 Oktyabr 2011 17:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyni qəbul edib
Azərbaycan Prezidenti İranın mədəniyyət və islami irşad nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyni qəbul edib.

Trend-in məlumatına görə, İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyn Prezident Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən humanitar sahədə inkişafından məmnunluq ifadə edildi, ötən il Azərbaycan Respublikası mədəniyyət günlərinin İranda, bu il isə İran İslam Respublikası mədəniyyət günlərinin Azərbaycanda keçirilməsinin əlaqələrimizin daha da genişləndirilməsi işinə töhfə verəcəyi vurğulandı.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti