...

İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Siyasət Materials 7 Oktyabr 2011 20:12 (UTC +04:00)
Oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın anasının vəfatı ilə bağlı ona başsağlığı verib, Türkiyənin Baş nazirinə və onun ailəsinə Allahdan səbr diləyib.

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və başsağlığına görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti