...

İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun açılışında iştirak edib

Siyasət Materials 10 Oktyabr 2011 10:29 (UTC +04:00)
Oktyabrın 10-da Bakıda, “Gülüstan” sarayında “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Beynəlxalq Humanitar Forum işə başlayıb
İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun açılışında iştirak edib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Oktyabrın 10-da Bakıda, "Gülüstan" sarayında "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə Beynəlxalq Humanitar Forum işə başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib.

Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Beynəlxalq Forumda iştirak etmək üçün dünyanın müxtəlif qitələrindən Bakıya gəlmiş ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri, nüfuzlu kütləvi informasiya vasitələrinin rəhbərləri deyirlər ki, Forum son dərəcə maraqlı və məzmunlu olacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən ikigünlük Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində plenar iclaslardan başqa yeddi paneldə "İnkişafın iqtisadi modellərinin humanitar aspektləri", "Dünyanı dəyişdirən müasir texnologiyalar", "Postmodernist mədəniyyətdə ənənəvi dəyər sistemləri", "Biotexnologiyalar və etika problemləri", "Multikulturalizm: nailiyyətlər və problemlər", "Sosial jurnalistika və yüksək texnologiyalar", "Elmlərin konvergensiyası" mövzularında diskussiyalar aparılacaqdır. Forum iştirakçıları müasir inkişaf mərhələsində bəşəriyyəti narahat edən çağırışların həllinin fəlsəfi və humanitar aspektlərini müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti