...

Hillari Klinton siyasətdən getmək fikrindədir

Siyasət Materials 12 Oktyabr 2011 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

ABŞ dövlət katibi Hillari Klinton Barak Obamanın prezidentlik müddəti başa çatdıqdan sonra siyasətdən getmək fikrindədir.

Trend-in məlumatına görə, bu barədə Klinton çərşənbə axşamı "Associated Press" agentliyinə verdiyi müsahibəsində bildirib. O, Obamanın 2012-ci ildə keçiriləcək seçkilərdə ikinci dəfə bu posta seçiləcəyinə ümid etdiyini bildirib. Lakin özünün gələcəkdə hansısa hökumət, yaxud seçkili siyasi posta can atmadığını qeyd edib.

"Mən şəxsi həyata qayıtmaq istərdim", - Klinton qeyd edib.

Bundan əvvəl o, nə 2012-ci ildə, nə də sonralar prezident postu uğrunda mübarizə aparmaq niyyətində olmadığını bəyan etmişdi.

Oktyabrın sonlarında Hillari Klintonun 64 yaşı tamam olur. O, senator olub, 2008-ci ildə Demokratlar Partiyasından prezident postu uğrunda mübarizədə iştirak etsə də, seçkilərdə Barak Obamaya uduzub.

Xəbər lenti

Xəbər lenti