...

Azərbaycan və Argentina arasında siyasi məsləhətləşmələr aparılıb

Siyasət Materials 14 Oktyabr 2011 15:05 (UTC +04:00)
Azərbaycan və Argentina Xarici İşlər nazirlikləri arasında oktyabrın 14-də siyasi məsləhətləşmələr keçirilib. Bu barədə cümə günü Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan və Argentina arasında siyasi məsləhətləşmələr aparılıb

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan və Argentina Xarici İşlər nazirlikləri arasında oktyabrın 14-də siyasi məsləhətləşmələr keçirilib. Bu barədə cümə günü Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Argentina tərəfindən isə bu ölkənin xarici işlər üzrə dövlət katibinin müavini xanım Norma Nasimbene de Dümont başçılıq ediblər.

Tərəflər ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, müxtəlif sahələrdə, xüsusilə də siyasi, ticarət, iqtisadi, humanitar sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər. Görüş zamanı yüksəksəviyyəli səfər mübadilələrinin münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığı qeyd olunaraq, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.

Nazir müavini Xələfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanması prosesi barədə Argentina tərəfinə məlumat verib. Azərbaycanın Argentina ilə əlaqələrə önəm verdiyini və mövcud əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayan Xələfov parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığını bildirib.

Öz növbəsində xanım Dümont Argentinanın Azərbaycanın mövcud potensialını və həyata keçirdiyi irimiqyaslı layihələri yüksək qiymətləndirdiyini vurğulayaraq, ölkəsinin Azərbaycanla əlaqələrin hərtərəfli inkişafında maraqlı olduğunu xüsusilə qeyd edib.

Tərəflər eyni zamanda, iki ölkə arasında müqavilə hüquq bazasının genişləndirilməsi istiqamətində müvafiq fəaliyyətin davam etdiriliməsinin əhəmiyyətini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti