...

İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Siyasət Materials 18 Oktyabr 2011 10:39 (UTC +04:00)
İranın xarici işlər naziri Əli Əkbər Salehi yaxın vaxtlarda Türkiyəyə səfər edəcək. İki ölkənin XİN rəhbərləri bu barədə telefon söhbəti zamanı razılığa gəliblər. Trend-in məlumatına görə, xəbəri İranın ISNА agentliyi yayıb.
İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbirlər T.Cəfərov, A.Tağıyeva/

İranın xarici işlər naziri Əli Əkbər Salehi yaxın vaxtlarda Türkiyəyə səfər edəcək. İki ölkənin XİN rəhbərləri bu barədə telefon söhbəti zamanı razılığa gəliblər. Trend-in məlumatına görə, xəbəri İranın ISNА agentliyi yayıb.

Salehi və türkiyəli həmkarı Əhməd Davudoğlu telefon danışığı zamanı regionun problemləri, beynəlxalq məsələlər və ikitərəfli münasibətləri müzakirə ediblər. İkitərəfli münasibətlərin aktual məsələlərinin müzakirəsini davam etdirmək üçün İran XİN rəhbərinin yaxın vaxtlarda Türkiyəyə səfər etməsi barədə razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti