...

ABŞ-da Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş xatirə medalı təsis edilib (FOTO)

Siyasət Materials 18 Oktyabr 2011 12:36
Azərbaycanın ABŞ-dakı səfirliyi Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş xatirə medalı təsis edib.
ABŞ-da Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş xatirə medalı təsis edilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın ABŞ-dakı səfirliyi Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş xatirə medalı təsis edib.

Səfirlikdən çərşənbə axşamı Trend-ə bildirilib ki, bürüncdən nəfis tərtibatla hazırlanmış medalın üz tərəfində Azərbaycanın gerbi və ingilis dilində "Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümü - 1991-2011" sözləri, digər üzündə isə ölkəmizin xəritəsi və "Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi" sözləri əks olunub.

Bayram ərəfəsində xatirə medalı Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev tərəfindən Azərbaycan-ABŞ münasibətlərinin inkişafında göstərdikləri xidmətlərə görə ABŞ-ın bir sıra görkəmli ictimai xadimlərinə təqdim olunub.

Onların sırasında ABŞ prezidentlərinin milli təhlükəsizlik üzrə sabiq müşavirləri Zbiqniev Bjezinski və Brent Skaukraft və ABŞ dövlət katibinin sabiq birinci müavini Riçard Armitac xüsusilə qeyd olunmalıdır. Sözügedən xadimlər Azərbaycan-ABŞ münasibətlərinin inkişafına xüsusi töhfələr verib və Azərbaycana öz dəstəklərini heç zaman əsirgəməyiblər.

Həmçinin, ABŞ Konqresinin Nümayəndələr Palatasının Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri - Pensilvaniya ştatından olan respublikaçı Bill Şuster və Oklahoma ştatından olan demokrat Dən Boren də xatirə medalı ilə təltif olunublar.

Xəbər lenti

Xəbər lenti