...

Rəcəb Tayyib Ərdoğan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Azərbaycan Prezidentini təbrik edib

Siyasət Materials 18 Oktyabr 2011 19:36 (UTC +04:00)
Oktyabrın 18-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Rəcəb Tayyib Ərdoğan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Azərbaycan Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Oktyabrın 18-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Trend-in məlumatına görə, bu barədə Prezidentin mətbuat xidmətindən məlumat verilib.

Türkiyənin Baş naziri dövlətimizin başçısına Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın rifahı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyənin Baş nazirinə minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluqlarını ifadə edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti