...

Türkiyə terrorla birgə mübarizə aparmaq üçün bütün ölkələrdən dəstək gözləyir – Ərdoğan

Siyasət Materials 19 Oktyabr 2011 16:17 (UTC +04:00)
Türkiyə terrorla birgə mübarizə aparmaq üçün dünyanın bütün ölkələrindən dəstək və yardım gözləyir.
Türkiyə terrorla birgə mübarizə aparmaq üçün bütün ölkələrdən dəstək gözləyir – Ərdoğan

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə terrorla birgə mübarizə aparmaq üçün dünyanın bütün ölkələrindən dəstək və yardım gözləyir. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Məlumatı CNN Turk telekanalı yayıb.

Çərşənbə günü Hakkari vilayətində PKK yaraqlıları hərbçilərə hücum ediblər. Nəticədə 26 nəfər ölüb, 18-i yaralanıb.

Məlum olduğu kimi, yaraqlılar hücumdan sonra İraq ərazisində gizləniblər.

Türkiyə Silahlı Qüvvələri bu gün Hakkari vilayətində PKK yaraqlılarının hərbçilərə hücumuna cavab olaraq İraqın şimalında yerüstü və hava əməliyyatlarına başlayıb.

Türkiyə son zamanlar terrorla aktiv mübarizəyə başlayıb. Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında kürd separatçılarının mövqelərinə aviazərbələr endirir.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü.

Bir müddət əvvəl İraqın vitse-prezidenti Tariq əl-Haşimi bildirib ki, İraq Kürd Fəhlə Partiyası (PKK) terror qruplaşması ilə mübarizədə cavabdehlik daşıyır, lakin ölkənin təkbaşına terrora qalib gəlməsi mümkün olmayacaq.

O hesab edir ki, İraq, Türkiyə və İran göstərilən prosesdə əməkdaşlıq etməli və razılaşdırılmış şəkildə terrorla mübarizə aparmalıdırlar.

Xəbər lenti

Xəbər lenti