...

İsveçrə Prezidenti İlham Əliyevi təbrik edib

Siyasət Materials 19 Oktyabr 2011 19:06 (UTC +04:00)
İsveçrə Konfederasiyasının Prezidenti Mişelin Kalmi-Rey Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
İsveçrə Prezidenti İlham Əliyevi təbrik edib

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

İsveçrə Konfederasiyasının Prezidenti Mişelin Kalmi-Rey Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Azərbaycan Respublikasının Müstəqilliyinin 20-ci ildönümü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına İsveçrə Federal Şurasının ən səmimi təbriklərini çatdırmaqdan məmnunluq duyuram. Ölkənizə rifah, əmin-amanlıq və müvəffəqiyyətlər arzu edirəm.

İcazə verin son illər ərzində dost əlaqələrimizin möhkəmlənməsini yüksək qiymətləndirdiyimi bir daha qeyd edim. 2011-ci ilin mart ayında Bakıya səfərim barədə xoş xatirələri saxlayıram. Ölkələrimizin nümayəndələri arasında keçirilən yüksəksəviyyəli görüşlərin artması əlaqələrimizin olduqca müsbət inkişafını ifadə edir.

Ümid edirəm ki, Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası arasında olan dostluq və əməkdaşlıq əlaqələri gələcəkdə də güclənəcəkdir", - təbrikdə deyilir.

Xəbər lenti

Xəbər lenti