...

Qazaxıstanda rəsmi səfərdə olan Azərbaycan Prezidentinin Almatıda rəsmi qarşılanma mərasimi olub (FOTO)

Siyasət Materials 20 Oktyabr 2011 11:07 (UTC +04:00)
Qazaxıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 20-də rəsmi qarşılanma mərasimi olub
Qazaxıstanda rəsmi səfərdə olan Azərbaycan Prezidentinin Almatıda rəsmi qarşılanma mərasimi olub (FOTO)

Qazaxıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 20-də Almatıda rəsmi qarşılanma mərasimi olub.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Qazaxıstan Prezidentinin iqamətgahı qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Qazaxıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Nursultan Nazarbayeva təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Xəbər lenti

Xəbər lenti