...

Azərbaycanın müxalifət partiyası Türkiyədə PKK-nın törətdiyi terror aktı ilə bağlı bəyanat verib

Siyasət Materials 20 Oktyabr 2011 13:26 (UTC +04:00)
Azərbaycanın müxalif Ümid Partiyası Türkiyədə Kürd Fəhlə Partiyasının (PKK) törətdiyi terror aktı ilə bağlı bəyanat verib. Bu barədə cümə axşamı Trend-ə partiyanın mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın müxalifət partiyası Türkiyədə PKK-nın törətdiyi terror aktı ilə bağlı bəyanat verib

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Ümid Partiyası Türkiyədə Kürd Fəhlə Partiyasının (PKK) törətdiyi terror aktı ilə bağlı bəyanat verib. Bu barədə cümə axşamı Trend-ə partiyanın mətbuat xidmətindən məlumat verilib.

"Türkiyənin Hakkari vilayətində PKK hücumu nəticəsində 24 türk əsgərinin öldürülməsi, 18 əsgərin yaralanması xəbəri hər bir türk kimi, bizi də sarsıtdı. Qardaş türk xalqına sonsuz kədərimizi və dərin hüzn duyduğumuzu bildiririk. Dünyanın hər yerində terror lənətlənməlidir. Biz Ümid Partiyası olaraq, son dövrlər Türkiyədə terror olaylarının intensivləşməsindən narahatıq. Şəhid olan hər məhmətcik bizim də hüznümüzdür. Biz olayların tezliklə çözülməsini, terrora son qoyulmasını, məsum qanların axmasının dayanmasını arzulayırıq. Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyirik!", - bəyanatda qeyd olunub.

Bu həftənin çərşənbə günü terrorçu PKK təşkilatının üzvləri Hakkari vilayətində türk hərbiçilərə hücum ediblər. Nəticədə 24 hərbiçi həlak olub, 18-i yaralanıb.

Xəbər lenti

Xəbər lenti