...

Azərbaycan Prezidentinin Qazaxıstana rəsmi səfəri başa çatdı

Siyasət Materials 21 Oktyabr 2011 18:43 (UTC +04:00)
Cümə günü Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri başa çatıb.
Azərbaycan Prezidentinin Qazaxıstana rəsmi səfəri başa çatdı

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Cümə günü Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri başa çatıb.

Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Almatının Beynəlxalq hava limanında Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Qazaxıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

Milli geyimli qız Azərbaycan Prezidenti İlham Əliyevə gül dəstəsi təqdim etdi.

Dövlətimizin başçısı həmin gün Bakıya qayıdıb.

Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

Xəbər lenti

Xəbər lenti