...

Türkiyədə terror aktının qarşısı alınıb

Siyasət Materials 27 Oktyabr 2011 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Bü gun Türkiyədə Muş-Bingöl dəmir yolunda uzaq məsafədən idarə olunan 60 kiloqramlıq partlayıcı maddə aşkar edilib. Bu barədə cümə axşamı Trend "Vətən" qəzetinə istinadən məlumat verir.

Tapılan partlayıcı maddə zərərsizləşdirilib.

Oktyabrın əvvəlində Türkiyə təhlükəsizlik qüvvələri Kürd Fəhlə Partiyasının (PKK) üzvlərinin saxlanması üzrə əməliyyat keçirib. Üzvlər PKK-nın dəstəyi ilə aksiyaların planlaşdırılmasında şübhəli bilinirlər.

Əvvəllər sentyabrın 22-də PKK-nın hərbi qanadı olan "Kürdüstan Azadlıq Şahinləri" (KAŞ) radikal qruplaşması Ankarada 3 nəfərin həlak olması, 34 nəfərin yaralanması ilə nəticələnən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti