...

Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı 2 milyon manat vəsait ayrılıb

Siyasət Materials 1 Noyabr 2011 19:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı 2 milyon manat vəsait ayrılıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Ağsu rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son illərdə Ağsu rayonunun sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş verib, ümumi məhsul buraxılışı 3,8 dəfə, sənaye məhsulunun həcmi 5,0 dəfə artıb, bir sıra sosial yönümlü obyektlər, istehsal müəssisələri tikilərək istifadəyə verilib, mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən əhalinin içməli su, elektrik enerjisi və təbii qazla təminatı yaxşılaşdırılıb, geniş abadlıq-quruculuq işləri həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti