...

Türkiyənin ədliyyə naziri Milli Məclisin sədri ilə görüşüb

Siyasət Materials 2 Noyabr 2011 16:26 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Türkiyənin ədliyyə naziri Sadullah Ergin çərşənbə günü Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.
Türkiyənin ədliyyə naziri Milli Məclisin sədri ilə görüşüb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda səfərdə olan Türkiyənin ədliyyə naziri Sadullah Ergin çərşənbə günü Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.

Trend-in məlumatına görə, görüşdə Əsədov bildirib ki, iki ölkə arasında münasibətlər bu gün ən yüksək səviyyədədir.

Onun sözlərinə görə, strateji tərəfdaş ölkələr olan Azərbaycanla Türkiyə arasında ədliyyə sahəsində də əməkdaşlıq uğurla inkişaf edir.

Milli Məclisin sədri Van vilayətində baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə səbr, yaralananlara isə şəfa diləyib.

Əsədov deyib ki, Azərbaycan hər zaman olduğu kimi, bu gün də Türkiyənin yanındadır.

Ergin görüş zamanı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin Türkiyənin də uğuru olduğunu qeyd edib.

O, ölkəsinin Van vilayətində baş vermiş zəlzələ zamanı Azərbaycanın ilk yardım göstərməsinə görə minnətdarlığını bildirib.

Görüşdə hər iki ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatlarının vəziyyəti, qanunvericilik sahəsində, eləcə də beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti