...

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fonduna 3 milyon manat vəsait ayrılıb

Siyasət Materials 4 Noyabr 2011 18:28 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəklənməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fonduna 3 milyon manat vəsait ayrılıb

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəklənməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək; Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti