...

YAP gəncləri Bayraq Meydanında olublar (FOTO)

Siyasət Materials 10 Noyabr 2011 10:13 (UTC +04:00)
YAP Gənclər Birliyi Qurban bayramı münasibəti ilə Saray qəsəbəsində yerləşən 7 saylı uşaq evini ziyarət edib.
YAP gəncləri Bayraq Meydanında olublar (FOTO)

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir E.Mehdiyev/

YAP Gənclər Birliyi Qurban bayramı münasibəti ilə Saray qəsəbəsində yerləşən 7 saylı uşaq evini ziyarət edib.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov cümə axşamı Trend-ə bildirib ki, YAP gənclərinin arasında müğənnilər - əməkdar artist Lalə Məmmədova, Rəşad İlyasov, Coşqun Viləş və aktyor Tərlan da olub. Kimsəsiz əlil uşaqlara qurban əti, uşaq bezləri və şirniyyat aparılıb.

"Oradakı balaların sevincini gördükdən sonra bir daha əmin oldum ki, bu körpələri tez-tez ziyarət etmək həm mənəvi, həm də vətəndaş borcumuzdur", - Orucov deyib.

YAP Gənclər Birliyinin üzvləri noyabrın 9-da isə Bayraq Meydanında yığışaraq tədbir keçiriblər. YAP gəncləri Bayraq Günündə dövlət bayrağımıza hörmət olaraq bir daha müqəddəs bayrağımız altında bir-birilərini təbrik ediblər. YAP Gənclər Birliyinin sədri birliyin üzvləri adından xatirə kitabında ürək sözlərini yazıb. Gənclər bu möhtəşəm gün münasibəti ilə xatirə şəkilləri çəkdiriblər.

"Prezident İlham Əliyevin vətəndaşlarımız, xüsusən gənclərimiz arasında bayrağımıza hörmətin aşılanması məqsədilə bu cür möhtəşəm meydan ayrılması və bayraq inşa edilməsi üçün qərar verməsi çox mühüm bir hadisə idi. Prezidentimiz mühüm atributlardan sayılan dövlət bayrağımızın gənclərin ürəyində taxt qurması üçün bir addım atdı və vətənpərvərlik hislərini önə sürdü", - Orucov Bayraq Meydanında çıxışı zamanı qeyd edib.

Xəbər lenti

Xəbər lenti