...

Nikolay Makarov: Rusiya sərhədləri yaxınlığındakı lokal münaqişələr nüvə slahı tətbiq olunmaqla müharibəyə çevrilə bilər

Siyasət Materials 17 Noyabr 2011 13:53 (UTC +04:00)
Rusiya Baş Qərargahının rəisi, ordu generalı Nikolay Makarov bəyan edib ki, SSRİ-nin süqutundan sonra Rusiyanın perimetri üzrə lokal silahlı münaqişələrin mümkünlüyü artıb.
Nikolay Makarov: Rusiya sərhədləri yaxınlığındakı lokal münaqişələr nüvə slahı tətbiq olunmaqla müharibəyə çevrilə bilər

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Rusiya Baş Qərargahının rəisi, ordu generalı Nikolay Makarov bəyan edib ki, SSRİ-nin süqutundan sonra Rusiyanın perimetri üzrə lokal silahlı münaqişələrin mümkünlüyü artıb, müəyyən şəraitlərdə onlar nüvə silahının tətbiq olunacağı irimiqyaslı müharibəyə çevrilə bilərlər. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" yazır.

"Bütün perimetr üzrə lokal silahlı münaqişələrin mümkünlüyü kəskin artıb", - o, cümə axşamı RF İctimai Palatasında çıxış edərkən deyib.

"Mən lokal və regional münaqişlərin müəyyən şəraitlərdə, o cümlədən nüvə silahından istifadə olunacağı irimiqyaslı müharibəyə çevriləcəyini istisna etmirəm", - Makarov bəyan edib.

Xəbər lenti

Xəbər lenti