...

ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru Azərbaycana səfər edəcək

Siyasət Materials 21 Noyabr 2011 14:23 (UTC +04:00)
Директор Центра ОБСЕ по предотвращению конфликтов Адам Коберацкий прибудет из Грузии в Азербайджан 22-го ноября, сообщили Trend в понедельник в бакинском офисе ОБСЕ.
ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 21 noyabr/Trend müxbir E. Tariverdiyeva/

ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru Adam Koberatski noyabrın 22-də Gürcüstandan Azərbaycana gələcək. Bu barədə bazar ertəsi Trend-ə ATƏT-in Bakı ofisindən məlumat veriblər.

Koberatski sentyabrda Yerevanda Ermınsitanın xarici işlər naziri Edvard Nalbandyan və Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan ilə görüşlər keçirib.

Həmin vaxt Nalbandyan Koberatskini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin gedişatı barədə məlumatlandırıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti