Azərbaycan, Bakı, 21 noyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Süleymana təbrik məktubu ünvanlayıb.
"Livan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Livan münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə deyilir.
İlham Əliyev Mişel Süleymana ən xoş arzularını yetirib, dost Livan xalqına əmin-amanlıq və firavanlıq diləyib.