...

Azərbaycanın Suriyadakı səfirliyi yüksək təhlükəsizlik tədbirləri şəraitində işləyir - səfir

Siyasət Materials 23 Noyabr 2011 13:13 (UTC +04:00)
Azərbaycanın Suriyadakı səfirliyi adi rejimdə, lakin gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində çalışır. Bu barədə çərşənbə günü Azərbaycanın Suriyadakı səfiri Mahir Əliyev Dəməşqdən telefonla Trend-ə bildirib.
Azərbaycanın Suriyadakı səfirliyi yüksək təhlükəsizlik tədbirləri şəraitində işləyir - səfir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 noyabr / Trend müxbir S.Ağayeva /

Azərbaycanın Suriyadakı səfirliyi adi rejimdə, lakin gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində çalışır. Bu barədə çərşənbə günü Azərbaycanın Suriyadakı səfiri Mahir Əliyev Dəməşqdən telefonla Trend-ə bildirib.

Əliyev deyib ki, səfirliyin əməkdaşlarının təhlükəsizliyi məsələlərinə cavabdeh olan Suriya hökuməti diplomatik missiyanın mühafizəsini gücləndirib.

Səfirliyin konsul uçotunda Azərbaycanın 96 əməkdaşı durur. Bunlar səfirliyin əməkdaşları, onların ailə üzvləri, bu ölkədə müqavilə üzrə müvəqqəti işləyən vətəndaşlar və tələbələrdir.

Suriyada hökumət əleyhinə etiraz aksiyaları təqribən səkkiz aydır davam edir. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, indiyə qədər toqquşmalar nəticəsində ölənlərin sayı 3 min nəfəri keçib. Suriya hökuməti isə hər iki tərəfdən 1,5 min nəfərdən çox insanın, o cümlədən 1,1 min nəfərdən çox təhlükəsizlik orqanları əməkdaşının öldüyünü bildirir.

Xəbər lenti

Xəbər lenti