...

Rusiya və Avropa İttifaqı Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Siyasət Materials 23 Noyabr 2011 16:49 (UTC +04:00)
Qriqori Karasin və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort çərşənbə günü telefon danışı zamanı Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Rusiya və Avropa İttifaqı Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort çərşənbə günü telefon danışı zamanı Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə RF XİN-in saytı xəbər verir.

Aİ nümayəndəsi Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələləri üzrə Cenevrə müzakirələrinin Aİ, BMT və ATƏT-dən olan həmsədrlərinin Gürcüstan, Abxaziya və Cənubi Osetiyaya səfərlərinin əsas yekunları haqqında məlumatlandırıb.

Rusiya XİN-in məlumatında deyilir ki, həmçinin, Lefort Karasini Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun Azərbaycan, Ermənistan və Gürcüstana bu yaxınlarda baş tutan səfəri barədə məlumatlandırıb.

Məlumatda Cenevrə müzakirələrinin dekabrın 14-nə nəzərdə tutulan növbəti mərhələsinə hazırlıqla bağlı bəzi məsələlərə də toxunulduğu bildirilir.

Cenevrə danışıqları 2008-ci ilin avqustunda Gürcüstandakı silahlı münaqişə zamanı atəşkəs rejiminin tətbiqi ilə bağlı sazişə uyğun olaraq təşkil edilib.

Xəbər lenti

Xəbər lenti