...

MSK Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin keçirilməsinə tam hazırdır

Siyasət Materials 28 Noyabr 2011 16:22 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin yüksək səviyyədə keçirilməsinə tam hazırdır.
MSK Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin  keçirilməsinə tam hazırdır

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir E.Mehdiyev/

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin yüksək səviyyədə keçirilməsinə tam hazırdır.

MSK-nın sədr müavini Natiq Məmmədov bazar ertəsi Trend-ə bildirib ki, qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı hər şey qaydasında gedir.

"Seçki prosesinin qanunda nəzərdə tutulmuş qaydada və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün bütün tədbirlər görülür. Seçkilər noyabrın 30-da, müəyyən olunmuş qaydada başlayacaq və müəyyən olunmuş prosedurlar əsasında nəticələr müəyyənləşdiriləcək", - Məmmədov deyib.

Onun sözlərinə görə, bu bələdiyyə seçkiləri yerli seçkilər olduğuna görə burada beynəlxalq müşahidəçilər iştirak etməyəcək.

Azərbaycanda keçiriləcək bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün 330 bələdiyyə üzrə 464 yerə 1550-dən artıq namizəd var. Hər boş yerə dörd nəfərə yaxın namizəd düşür. Seçkiləri izləmək üçün 10 minədək müşahidəçi qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti