...

Azərbaycan və Macarıstan əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Siyasət Materials 29 Noyabr 2011 15:35 (UTC +04:00)
Milli Məclisin spikeri Oqtay Əsədov dekabrın 7-9-da Budapeştə səfəri zamanı qanunvericilik, siyasi və iqtisadi sahələrdə Azərbaycan-Macarıstan əməkdaşlığını müzakirə edəcək.
Azərbaycan və Macarıstan əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 29 noyabr /Trend müxbir S. Ağayeva/

Milli Məclisin spikeri Oqtay Əsədov dekabrın 7-9-da Budapeştə səfəri zamanı qanunvericilik, siyasi və iqtisadi sahələrdə Azərbaycan-Macarıstan əməkdaşlığını müzakirə edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.

Səfər zamanı Əsədovun Macarıstan Prezidenti, Parlamentin spikeri və hökumətin Baş naziri ilə görüşləri planlaşdırılıb.

Milli Məclisin spikeri, həmçinin Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti