...

Bakı Metropolitenində gedişhaqqının artırılmasına rəsmi mövqe açıqlanıb

Siyasət Materials 29 Noyabr 2011 16:28 (UTC +04:00)
Prezident Administrasiyasının şöbə müdiri Bakı Metropolitenində gedişhaqqının artması məsələsinə münasibət bildirib.
Bakı Metropolitenində gedişhaqqının artırılmasına rəsmi mövqe açıqlanıb

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir E.Mehdiyev/

Prezident Administrasiyasının şöbə müdiri Bakı Metropolitenində gedişhaqqının artması məsələsinə münasibət bildirib.

"Dünyada metronun ən aşağı qiyməti Azərbaycandadır. Əlbəttə, biz anlayırıq, başa düşürük ki, metro da, avtobus da sosial nəqliyyatdır və əhalinin daha çox yoxsul təbəqəsi bu nəqliyyat vasitələrindən istifadə edir. Amma buna baxmayaraq, dövlət bu sahəyə nə qədər dotasiya yönəltsə belə, metro əgər öz xərclərinin bir qismini ödəmirsə, o zaman dünyada indiki bazar iqtisadiyyatı şəraitində metro saxlamağın heç bir əhəmiyyəti yoxdur və bu metronu saxlamaq da qeyri-mümkündür", - bunu çərşənbə axşamı Trend-ə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi deyib ki, ona görə də dövlət burada yenə dotasiya siyasətini saxlayır. "Amma müəyyən mərhələyə qədər hesab edirik ki, 20 qəpik ədalətli qiymətdir və bu, metroda həm xidmətin yaxşılaşmasına xidmət edəcək, həm də onun dotasiyasını müəyyən qədər yüngülləşdirəcək", - o bildirib.

Azərbaycan Tarif Şurası metroda gedişhaqqının 20 qəpik səviyyəsində müəyyənləşdirilməsi barədə qərar verib.

Metroda gedişhaqqının artımı dekabrın 1-dən həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti