...

Azərbaycanın Baş naziri Qırğızıstan Prezidentinin inauqurasiya mərasimində iştirak edəcək

Siyasət Materials 30 Noyabr 2011 18:22 (UTC +04:00)
Azərbaycanı Qırğızıstan Prezidenti Almazbek Atambayevin inauqurasiya mərasimində Baş nazir Artur Rasizadə təmsil edəcək.
Azərbaycanın Baş naziri Qırğızıstan Prezidentinin inauqurasiya mərasimində iştirak edəcək

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanı Qırğızıstan Prezidenti Almazbek Atambayevin inauqurasiya mərasimində Baş nazir Artur Rasizadə təmsil edəcək. Bu barədə çərşənbə günü Trend KirTAQ-a istinadən məlumat verir.

Qırğızıstan Prezidenti seçilən Atambayevin inauqurasiyası dekabrın 1-də keçiriləcək. Mərasim Milli Filarmoniyada təşkil ediləcək.

Mərasimdə iştirak etmək üçün Türkiyə Prezidenti, Tacikistan və Azərbaycanın Baş nazirləri Bişkəkə gəliblər.

Prezidentin inauqurasiya mərasimində iştirak etmək üçün Avrasiya İqtisadi Birliyinin baş katibi Tair Mansurov da Bişkəkə gəlib.

Prezident seçkiləri oktyabrın 30-da baş tutub. Fəaliyyətdə olan Baş nazir Atambayev səslərin 62 faizini toplayaraq seçkilərdə qalib gəlib.

Xəbər lenti

Xəbər lenti