...

Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı əlaqələrin tarixi müzakirə ediləcək

Siyasət Materials 30 Noyabr 2011 17:51 (UTC +04:00)
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov dekabrın 1-dən Türkiyənin Ərzurum şəhərində səfərdə olacaq.
Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı əlaqələrin tarixi müzakirə ediləcək

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir E.Mehdiyev/

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov dekabrın 1-dən Türkiyənin Ərzurum şəhərində səfərdə olacaq.

Trend-in Milli Məclisin rəsmi saytna istinadən verdiyi məlumata görə, millət vəkili Azərbaycanın dövlət müstəqilliyinin bərpasına həsr olunmuş "Müstəqilliyimizin 20-ci ilində Azərbaycan-Türkiyə əlaqələri" mövzusunda keçiriləcək konfransda iştirak edəcək.

Tədbirdə Türkiyənin parlament üzvlərinin və tanınmış elm adamlarının iştirakı gözlənilir. İclasda qarşılıqlı əlaqələrin tarixi, iqtisadi və siyasi münasibətlərin inkişaf yolları və s. mövzularında mühazirələr dinləniləcək.

Səfər dekabrın 5-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti