...

Məhkəmə Sistemi də seçkilərdə qanun pozuntularının baş verəcəyindən ehtiyatlanır – İran parlamentinin nümayəndəsi

Siyasət Materials 2 Dekabr 2011 17:27 (UTC +04:00)
Məhkəmə Sistemi də seçkilərdə qanun pozuntularının baş verəcəyindən ehtiyatlanır.
Məhkəmə Sistemi də seçkilərdə qanun pozuntularının baş verəcəyindən ehtiyatlanır – İran parlamentinin nümayəndəsi

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir T.Cəfərov/

Məhkəmə Sistemi tərəfindən seçki saxtakarlığının qarşısını almaq məqsədilə təsis olunmuş "Seçki saxtakarlığına qarşı mübarizə qərargahı" 2012-ci ildə keçiriləcək parlament seçkilərində qanun pozuntularının baş verəcəyindən ehtiyatlanması ilə bağlıdır. Bunu İran parlamentində İslahatçılar düşərgəsindən olan nümayəndə Məsud Pezeşkiyan deyib. Trend-in məlumatına görə, bu barədə İLNA agentliyi xəbər verir.

"Məhkəmə Sistemində seçki saxtakarlığına qarşı mübarizə qərargahının yaradılması bu qurumun gələcək seçkilərdə baş verə biləcək saxtakarlıqlardan ehtiyatlanması ilə əlaqədardır. Bu ehtiyatlanmanın səbəbini həmin qərargahı təşkil edənlərdən və Məhkəmə Sisteminin rəhbərindən soruşmaq lazımdır", - Pezeşkiyan bildirib.

İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Laricaninin göstərişi ilə noyabrın 22-də "Seçki saxtakarlığına qarşı mübarizə qərargahı" təsis olunub. Laricani qərargaha İranın baş prokuroru və Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsini Əjeyini rəis və öz müavini Məhəmməd Baqir Zülqədri isə qərargahın rəis müavini təyin edib.

İranda növbəti parlament seçkiləri 2012-ci il martın 2-də keçiriləcək. İranda parlament seçkilərini Daxili İşlər Nazirliyi həyata keçirir və Keşikçilər Şurası nəzarət edir.

Xəbər lenti

Xəbər lenti