• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putin və Dmitri Medvedevi təbrik edib

5 Dekabr 2011 12:58 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına seçkilərdə "Yedinaya Rossiya" Partiyasının qələbəsi münasibətilə Vladimir Putin və Dmitri Medvedevi təbrik edib.

"Hörmətli Vladimir Vladimiroviç, Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına seçkilərdə "Yedinaya Rossiya" Partiyasının qələbəsi münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Sizin başçılıq etdiyiniz partiyanın seçkilərdə qələbəsi rusiyalıların Sizə yüksək etimadının, Sizin yürütdüyünüz, dinamik sosial-iqtisadi inkişafa, bütün sahələrdə demokratik dəyişikliklərin həyata keçirilməsinə, ölkədə qanunçuluğun və hüquqi qaydanın möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinə onların sadiqliyinin təsdiqidir.

Əminəm ki, Azərbaycan ilə Rusiya arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri, hərtərəfli əməkdaşlıq xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.

Hörmətli Vladimir Vladimiroviç, Sizə, "Yedinaya Rossiya" Partiyasının bütün üzvlərinə xoşbəxtlik, uğurlar və firavanlıq diləyirəm" İlham Əliyevin Rusiyanın Baş naziri Putinə təbrik məktubunda deyib.

Prezident İlham Əliyev Dmitri Medvedevə təbrik məktubunda isə deyib:

"Hörmətli Dmitri Anatolyeviç, Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına seçkilərdə siyahısına Sizin başçılıq etdiyiniz "Yedinaya Rossiya" Partiyasının qələbəsi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə qələbə Sizin həyata keçirdiyiniz, ölkədə dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsinə, cəmiyyətin həyatının bütün sahələrinin modernləşməsinə, dünya birliyində Rusiyanın mövqelərinin və nüfuzunun möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinin dost Rusiya xalqı tərəfindən dəstəklənməsini bir daha nümayiş etdirdi.

Əminəm ki, Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq, mehriban qonşuluq münasibətləri, çoxtərəfli əməkdaşlığımız və strateji tərəfdaşlığımız xalqlarımızın mənafeyi, regionda sülh, təhlükəsizlik və tərəqqi naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Hörmətli Dmitri Anatolyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Rusiya xalqına tərəqqi və firavanlıq diləyirəm".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kateqoriyasında olan digər xəbərlər
Deputat: Azərbaycanda aparılan islahatlar yalnız müxalif deyil, mafioz qüvvələri də narahat edir
Siyasət 13:39
Səttar Möhbalıyev: Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər
Siyasət 13:14
Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb
Siyasət 13:00
Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib (YENİLƏNİB) (FOTO)
Siyasət 12:25
Gənclər və idman komitəsinin tərkibi dəyişdirildi
Siyasət 12:16
Milli Məclisin və iki komitənin səlahiyyətlərinə dəyişiklik təsdiq olundu
Siyasət 12:15
Xəbər lenti
Sahil Babayev Qarabağ əlilləri, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş keçirib (FOTO)
Cəmiyyət 14:19
Qanuna 18 yaşınadək şəxslərə siqaret və spirtli içki satışını qadağan edən dəyişiklik qəbul olundu
İqtisadiyyat 14:11
Binəqədidə 12 dilənçi saxlanılıb
Hadisə 14:10
Saratovda azərbaycanlıların olduğu avtobus yolda qaldı - SƏBƏB?
Hadisə 14:00
Azərbaycanda reklam hesab olunan məkanların siyahısı genişləndirilir
Cəmiyyət 13:50
Bakıda qanunsuz odlu silah gəzdirən Masallı sakini saxlanılıb (FOTO)
Hadisə 13:49
Dövlət reyestrinin aparılması qaydalarını pozanlarla bağlı cərimələr təsdiq edildi
İqtisadiyyat 13:42
Deputat: Azərbaycanda aparılan islahatlar yalnız müxalif deyil, mafioz qüvvələri də narahat edir
Siyasət 13:39
Milli Məclis vəkilliyə qəbulla bağlı yeni qaydaları ikinci oxunuşda təsdiq etdi
Cəmiyyət 13:36
Ən çox oxunanlar
Umayra Tağıyeva: Bakıda bu, ilk qar deyil, soyuq hava kütləsi isə Rusiyadan gəlib (ÖZƏL)
Umayra Tağıyeva: Bakıda bu, ilk qar deyil, soyuq hava kütləsi isə Rusiyadan gəlib (ÖZƏL)
Mikayıl Cabbarov: Hər kəs başa düşür ki, qanun çərçivəsində işləməkdən faydalı yol yoxdur, bulanıq suda balıq tutmaq zamanı bitib (YENİLƏNİB)
Azərbaycan Prezidenti: Əməkhaqlarının, pensiyaların qaldırılması bundan sonra da nəzərdə tutulacaq
ÜST rəsmisi: Azərbaycanda 17 nəfərdə A tipli qrip aşkar edilib
Nəzər nöqtəsi
Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar

Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar

Mikayıl Cabbarov: Hər kəs başa düşür ki, qanun çərçivəsində işləməkdən faydalı yol yoxdur, bulanıq suda balıq tutmaq zamanı bitib (YENİLƏNİB)
Millət vəkili: Xalqımızın sosial-rifah halının yaxşılaşdırılması Prezidentin həyata keçirdiyi siyasi kursun ana xəttidir
Rusiyalı deputat: Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident təxribatdır
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri