...

Azərbaycanın XİN rəhbəri ATƏT XİNŞ çərçivəsində ikitərəfli görüşlər keçirib

Siyasət Materials 7 Dekabr 2011 11:39 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vilnüsdə ATƏT Xarici İşlər Nazirləri Şurası çərçivəsində Böyük Britaniya və Gürcüstanın XİN rəhbərləri ilə görüşlər keçirib.
Azərbaycanın XİN rəhbəri ATƏT XİNŞ çərçivəsində ikitərəfli görüşlər keçirib

Azərbaycan, Bakı, 7 dekabr / Trend, müxbir S.Ağayeva /

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vilnüsdə ATƏT Xarici İşlər Nazirləri Şurası çərçivəsində Böyük Britaniya və Gürcüstanın XİN rəhbərləri ilə görüşlər keçirib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti xəbər verib.

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqlə keçirilmiş görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı iki ölkə arasında iqtisadi və enerji sahələrində, həmçinin beynəlxalq təşkilatlar və BMT TŞ çərçivəsində perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə Britaniya tərəfi Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında qaz alqı-satqısı və tranziti məsələlərinə dair sənədlər paketinin imzalanmasından məmnunluq bildirib.

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə görüşən Elmar Məmmədyarov gürcüstanlı həmkarı ilə iki ölkə arasındakı ikitərəfli əlaqələr və regionda mövcud olan münaqişələrin həlli perspektivlərini, həmçinin beynəlxalq təşkilatlar və GUAM çərçivəsində əməkdaşlıq, eyni zamanda enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

Litvanın paytaxtı Vilnüsdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 18-ci iclası keçirilir.

Xəbər lenti

Xəbər lenti