...

Qazaxıstanda ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

Siyasət Materials 9 Dekabr 2011 15:39 (UTC +04:00)
Astana şəhərində Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən cümə günü ümummilli lider Heydər Əliyevin xatirəsinin anım mərasimi keçirilib.
Qazaxıstanda ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Astana şəhərində Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən cümə günü ümummilli lider Heydər Əliyevin xatirəsinin anım mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Qazaxistan Xarici İşlər Nazirliyinin və Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət Assosiasiyasının numayəndələri, Qazaxıstanın bir sıra ali məktəblərinin muəllim və professorları, ictimai-siyasi xadimləri, Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzləri İttifaqının üzvləri və yerli KİV nümayəndələri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan səfir Zakir Həşimov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib.

Tədbir iştirakçıları ulu öndərin ölkələrimiz arasında münasibətlərin inkişafına verdiyi misilsiz xidmətlərdən danışıblar.

Mərasim iştirakçılarına "Böyük ömrün anları" filmi nümayiş etdirilib.

Qazaxıstanın digər regionlarında da ümummilli lider Heydər Əliyevin anım mərasimləri təşkil edilir.

Xəbər lenti

Xəbər lenti