...

Azərbaycan və Rusiya Qəbələ RLS-in icarəsinə dair danışıqlara başlayır

Siyasət Materials 13 Dekabr 2011 12:04 (UTC +04:00)
Qəbələ radiolokasiya stansiyasının (RLS) icarə müddətinin uzadılması ilə bağlı məsələlərin yekun nizamlanması üzrə Rusiya və Azərbaycan arasında yekun danışıqlar çərşənbə axşamı Bakıda başlayır.
Azərbaycan və Rusiya Qəbələ RLS-in icarəsinə dair danışıqlara başlayır

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Qəbələ radiolokasiya stansiyasının (RLS) icarə müddətinin uzadılması ilə bağlı məsələlərin yekun nizamlanması üzrə Rusiya və Azərbaycan arasında yekun danışıqlar çərşənbə axşamı Bakıda başlayır. Trend-in məlumatına görə, bu barədə RF Müdafiə Nazirliyinin Mətbuat Xidməti və İnformasiya İdarəsindən xəbər verilib.

Rusiyanın idarələrarası nümayəndə heyətinə bu ölkənin müdafiə nazirinin müavini Anatoli Antonov rəhbərlik edir.

Azərbaycanın Müdafiə Nazirliyindən danışıqlarla bağlı məlumat almaq mümkün olmayıb.

Noyabrda RF müdafiə naziri Anatoli Serdyukov bəyan edib ki, Rusiya Qəbələdəki RLS-i tamamilə yenidən qurmağı, eyni zamanda stansiya üçün icarə olunan ərazinin həcmini azaltmağı planlaşdırır. Serdyukovun sözlərinə görə, RLS Rusiyadakı zavodda hazırlanacaq və o, bilavasitə Qəbələdə quraşdırılacaq.

Azərbaycanın Qəbələ rayonunun yaxınlığında yerləşən Qəbələ RLS SSRİ-nin raket əleyhinə sisteminin ən vacib elementi olub. Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə keçdikdən sonra Rusiya Azərbaycanın daxili siyasi həyatındakı gözlənilməz hadisələrə baxmayaraq, stansiyadan istifadəni davam etdirib.

RLS-in icarəsi haqqında onillik saziş 2002-ci ildə imzalanıb.
Əvvəllər RF Müdafiə Nazirliyi Qəbələ RLS-in icarə müddətinin 2025-ci ilə qədər uzadılması üzrə Azərbaycanla danışıqların aparıldığı barədə məlumat verib. Qəbələ RLS-in icarə və istifadə şərtləri haqqında sazişin müddəti 2012-ci il dekabrın 24-də başa çatır.

"A.L.Mints adına Radiotexnika İnstitutu" ASC-nin baş direktoru Vladimir Savçenko RİA Novosti agentliyinə müsahibəsində deyib ki, Rusiya Qəbələdə "Voronej-VP" ən yeni radiolokasiya stansiyasının (RLS) tikintisini 2019-cu ilədək tamamlamağı planlaşdırır. Bu stansiya bundan əvvəlki nəsil "Daryal" RLS-i əvəz edəcək.

Xəbər lenti

Xəbər lenti