...

FHN-in əməkdaşlarına ali hərbi rütbələr, orden və medallar verilib

Siyasət Materials 14 Dekabr 2011 19:14 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
FHN-in əməkdaşlarına ali hərbi rütbələr, orden və medallar verilib

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına general-mayor ali hərbi rütbəsi verilsin:

Həsənov Məhərrəm İmamqulu oğlu - Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini - qərargah rəisi

Zamanov Niyazi Əhəd oğlu - Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin rəisi

Dövlət başçısının digər sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı təltif edilib.

Sərəncamda qeyd olunur ki, fövqəladə hallar zamanı əhalinin xilasetmə əməliyyatlarında xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə:

Əsədov Füzuli Xanış oğlu
Qulamov Cahangir Rza oğlu

"Hərbi xidmətlərə görə" medalı ilə:

Abasov Elşən Əzizağa oğlu
Abbasov Çingiz Nicat oğlu
Ağayev Müşviq Ağacəfər oğlu
Cəfərov Cavanşir Rafiq oğlu
Cəfərov Pərviz Ağababa oğlu
Hüseynov Fərid Siyasət oğlu
Hüseynov Xaliq Tapdıq oğlu
İsmayılov Əsgər İsmayıl oğlu
Kuzmin Artyom Vyaçeslavoviç
Mikayılov Fariz Zakir oğlu
Nəbiyev Bəxtiyar Hüseyn oğlu
Nəbiyev Yusif Mahmud oğlu
Süleymanzadə Məharət Yahya oğlu
Vəliyev Kənan Şahlar oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə:

Allahverdiyev Azad Zakir oğlu
Baharov Rəşad Firuz oğlu
Cəfərov Çingiz Abbas oğlu
Əliyev Vüqar Əşrəf oğlu
Həsənov Taleh Məmməd oğlu
Kərimov Rasim Azad oğlu
Qurbanov Bəxtiyar Kamil oğlu
Qurbanov Cavid Möhtəşəm oğlu
Məhərrəmov Etibar Mustafa oğlu
Məmmədov Ehtiram Vətən oğlu
Novruzov Əkbər Nəməd oğlu
Sadıxov Elçin Elmar oğlu

Prezident İlham Əliyev, həmçinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına "Əməkdar Mühəndis" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda iqtisadiyyatın inkişafında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına "Əməkdar Mühəndis" fəxri adı verilsin:

Hüseynli Təyyar Məhərrəm oğlu
Məşədiyev İsmayıl Əli Ağa oğlu
Səfərov Rüşti Səftər oğlu

Xəbər lenti

Xəbər lenti