...

Prezident İlham Əliyevə 50 illik yubileyi münasibətilə təbriklər davam edir

Siyasət Materials 28 Dekabr 2011 18:04 (UTC +04:00)
Rumıniya Prezidenti Trayan Besesku Azərbaycan Prezidenti İlham Əliyevi 50 illik yubileyi münasibətilə təbrik edib.
Prezident İlham Əliyevə 50 illik yubileyi münasibətilə təbriklər davam edir

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Rumıniya Prezidenti Trayan Besesku Azərbaycan Prezidenti İlham Əliyevi 50 illik yubileyi münasibətilə təbrik edib.

"Yubileyiniz münasibətilə Sizə ən səmimi arzularımı çatdırır, xoşbəxtlik və uğurlar arzulayıram. Bu xoş gündə Sizə ölkənizin və xalqınızın rifahı naminə var qüvvə ilə çalışmağınız üçün möhkəm cansağlığı diləyirəm.

Zati-aliləri, Rumıniya ilə Azərbaycan arasında dostluq münasibətlərinin, eyni zamanda, şəxsi dostluğumuzun bundan sonra da inkişaf edəcəyinə əminliyimi bildirərək, Sizə dərin ehtiramımı çatdırmaq istərdim", - təbrikdə deyilir.

Rusiya Federasiyası Kemerovo Vilayətinin qubernatoru Aman Tuleyev də Prezident İlham Əliyevi təbrik edib.

"Sizin əlamətdar yubileyiniz - anadan olmağınızın 50 illiyi münasibətilə ən səmimi təbriklərimi qəbul edin! Sizin bütün həyat yolunuz doğma ölkənizə fədakarlıqla xidmət etməyin yüksək nümunəsidir. Siz Azərbaycan Respublikasının Prezidenti vəzifəsində Azərbaycan xalqının rifahına qayğını və onun milli mənafelərinin qorunmasını öz həyat və fəaliyyətinizin əsas məqsədinə çevirmisiniz.

Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan indiyə qədər görünməmiş inkişaf sürəti nümayiş etdirir, güclü iqtisadi tərəqqini sosial xərclərin artırılması və xalqın maddi rifahının yüksəldilməsi ilə uzlaşdırır. Ölkənizin beynəlxalq nüfuzu da artır - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına seçilməsi yenilənmiş, müasir, güclü Azərbaycanın sülh və tərəqqi yolu ilə inamla irəlilədiyini bütün dünyaya göstərir. Azərbaycanın son illərdə qazandığı uğurlar Sizin seçdiyiniz fəaliyyət xəttinin düzgünlüyünə, siyasi müdrikliyinizə və dövlət xadimi istedadınıza ən yaxşı sübutdur.

Hörmətli İlham Heydər oğlu, Sizə sibirlilərə xas olan möhkəm cansağlığı, doğma Vətənin rifahı naminə yeni şanlı işlər görmək üçün tükənməz yaradıcılıq enerjisi, etibarlı məsləkdaşlar arzulamaq istəyirəm. Arzum budur ki, Siz həmişə sədaqətli dostların əhatəsində olasınız, evinizdən yaxınlarınızın hərarəti və diqqət əskik olmasın. Sizə əziz olan hər kəsə firavanlıq və xoşbəxtlik diləyirəm!" - təbrikdə bildirilir.

Xəbər lenti

Xəbər lenti