...

Dubayda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib

Siyasət Materials 30 Dekabr 2011 15:57 (UTC +04:00)
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi tərəfindən Dubay şəhərində tədbir keçirilib.
Dubayda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi tərəfindən Dubay şəhərində tədbir keçirilib.

Səfirlikdən cümə günü Trend-ə verilən məlumata görə, mərasimdə Dubayda yaşayan həmvətənlərimiz, Azərbaycan Beynəlxalq Bankının Dubaydakı ofisinin nümayəndələri, Azərbaycan Milli Televiziya və Radio Şurasının BƏƏ-dəki nümayəndəsi və Dubayda təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Tədbirdə çıxış edən səfir Elxan Qəhrəmanov tədbir iştirakçılarını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək, 2011-ci ilin Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyi olduğunu vurğulayıb və Azərbaycan Demokratik Respublikasının tarixi, ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra apardığı müdrik siyasəti və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində respublikamızın qısa müddət ərzində dünya ölkələri ilə bütün sahələrdə əlaqələrinin inkişafından bəhs edərək, 1993-cü ildə Azərbaycan Prezidentinin fərmanı ilə 31 dekabr tarixinin azərbaycanlıların milli həmrəyliyi günü elan edildikdən sonra Azərbaycan diasporunun dünyanın siyasi və mədəni həyatında yaxından iştirak etdiyini qeyd edib.

Daha sonra tədbir iştirakçılarına səfir tərəfindən Azərbaycan Prezidentinin dünya azərbaycanlılarına müraciəti səsləndirilib.

Tədbirin sonunda Azərbaycan xalqının tarixindən bəhs edən "Salnamə" adlı geniş film nümayiş olunub.

Xəbər lenti

Xəbər lenti