Azərbaycan, Bakı, 4 yanvar / Trend /
Çərşənbə günü Azərbaycanın iştirak etdiyi ilk BMT-nin Təhlükəsizlik Şurasının iclası keçirilib.
Trend-in BMT TŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Təhlükəsizlik Şurasının bu ildə ilk iclasında iş proqramı və başqa məsələlər müzakirə edilib. İclas bağlı olub.
Yanvarın 1-də Azərbaycan, Qvatemala, Mərakeş, Pakistan və Toqo BMT TŞ-nin qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başlayıblar. Həmin ölkələr bu təşkilata ötən ilin oktyabrında Baş Assambleyada keçirilən seçkilər zamanı 2012-2013-cü illər müddətinə seçiliblər. Onlar TŞ-də iki illik səlahiyyət müddəti 2011-ci il dekabrın 31-də başa çatan Bosniya və Herseqovina, Braziliya, Qabon, Livan və Nigeriyanı əvəz ediblər.