Azərbaycan, Bakı, 5 yanvar /Trend/
Azərbaycan və Qətər təhlükəsizlik sahəsində əməkdaşlıq barədə saziş imzalayacaqlar.
Qətərin Baş nazirinin müavini və dövlət naziri Əhməd bin Abdulla əl-Mahmud Qətər Dövləti ilə Azərbaycan Respublikası arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin layihəsini təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə "Arabstoday" xəbər verir.