...

GUAM PA-da "Nabukko" layihəsi müzakirə ediləcək

Siyasət Materials 6 Yanvar 2012 11:44 (UTC +04:00)
GUAM Parlament Assambleyası 2012-ci il üçün fəaliyyət planını razılaşdırıb. Bu barədə Trend-ə cümə günü Azərbaycanın GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elton Məmmədov bildirib.
GUAM PA-da "Nabukko" layihəsi müzakirə ediləcək

Azərbaycan, Bakı, 6 yanvar / Trend müxbir M.Əliyev/

GUAM Parlament Assambleyası 2012-ci il üçün fəaliyyət planını razılaşdırıb. Bu barədə Trend-ə cümə günü Azərbaycanın GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elton Məmmədov bildirib.

Millət vəkilinin sözlərinə görə, qurumun bu il ərzində müzakirə edəcəyi mövzular sırasına "Nabukko" layihəsinin reallaşdırılması məsələsi də daxil edilib.

"Enerji təhlükəsizliyi GUAM PA-nın bu il üçün müzakirələrinin də əsas mövzularından olacaq", - Məmmədov deyib. Onun sözlərinə görə, bu səbəbdən "Nabukko" layihəsinin reallaşdırılması məsələsi xüsusi qeyd olunur.

GUAM PA-nın bürosunda əldə olunan razılığa əsasən, 2012-ci ildə qurumun toplantılarında, həmçinin elm və təhsil, dondurulmuş münaqişələrin həlli məsələləri müzakirə olunacaq.

"Nabukko" qaz kəməri layihəsi qazın Xəzər regionundan və Yaxın Şərqdən Aİ ölkələrinə nəqlini nəzərdə tutur. Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetr qaz təşkil edəcək.

Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti