...

Azərbaycan Prezidenti və xanımı Bakı-Ələt yolunun Dövlət Bayrağı meydanınadək olan hissəsinin tikintisi və görülən digər işlərlə tanış olublar (FOTO)

Siyasət Materials 12 Yanvar 2012 19:34 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva cümə axşamı Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı meydanına qədər olan hissəsinin tikintisi, yeni bulvarın salınması ilə bağlı görülən işlər, Dövlət Bayrağı meydanı və onun ətrafında həyata keçirilən tədbirlərlə tanış olublar.
Azərbaycan Prezidenti və xanımı Bakı-Ələt yolunun Dövlət Bayrağı meydanınadək olan hissəsinin tikintisi və görülən digər işlərlə tanış olublar (FOTO)

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva cümə axşamı Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı meydanına qədər olan hissəsinin tikintisi, yeni bulvarın salınması ilə bağlı görülən işlər, Dövlət Bayrağı meydanı və onun ətrafında həyata keçirilən tədbirlərlə tanış olublar.

Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı meydanına qədər olan hissəsinin tikintisi layihəsinin icrası ilə bağlı görülən işlər barədə dövlətimizin başçısına məlumat verildi. Burada müasir standartlara cavab verən 8 zolaqdan ibarət yüksək səviyyəli yolun inşa olunduğu bildirildi. Piyadaların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə yol boyu piyada keçidləri də inşa olunacaq.

Dövlətimizin başçısına yeni salınan bulvarda aparılan işlər barədə də məlumat verildi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı meydanında və onun ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə yaxından tanış oldular. Görülən işlər barədə Prezidentə məlumat verildi.

Dövlətimizin başçısı və xanımı ərazidə inşa olunan yeni İdman-Konsert Kompleksinin tikintisinə də baxdılar. İnşaat işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev həyata keçirilən tədbirlərlə bağlı icraçılara müvafiq tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti