...

Bu gün Müsavat başqanlığına namizədlərin irəli sürülməsi prosesinə start verilə bilər

Siyasət Materials 16 Yanvar 2012 10:30 (UTC +04:00)
Bu gün Müsavat başqanlığına namizədlərin irəli sürülməsi prosesinə start verilə bilər. Bunu bazar ertəsi Trend-ə Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı bildirib.
Bu gün Müsavat başqanlığına namizədlərin irəli sürülməsi prosesinə start verilə bilər

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir E.Mehdiyev/

Bu gün Müsavat başqanlığına namizədlərin irəli sürülməsi prosesinə start verilə bilər. Bunu bazar ertəsi Trend-ə Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı bildirib.

Bu gün Müsavat Partiyası Qurultaya Hazırlıq üzrə Komitənin yığıncağı keçiriləcək. Aslanlı deyib ki, iclasda partiya başqanlığına namizədlərin irəli sürülməsi üçün prosesə rəsmi start verilə bilər.

"Müsavat partiyasında bir ənənə şəkli alıb ki, Qurultaya Hazırlıq üzrə Komitə namizədlərə öz namizədliklərini irəli sürmək üçün vaxt müəyyənləşdirir. Bu məsələ bu gün gündəliyə salına bilər və namizədlərin irəli sürülməsi üçün prosesə start verilə bilər", - Aslanlı deyib.

Qeyd edək ki, Müsavat Partiyası Məclisinin yanvarın 7-də keçirilən iclasında VIII qurultayın bu il martın 3-4-də keçirilməsi qərara alınıb.

Ötən il Müsavat başqanı İsa Qəmbər başqanlığa namizədliyini irəli sürməyəcəyini bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti