...

Azərbaycan Türkiyə üçün əvəzolunmaz dost və qardaşdır - deputat

Siyasət Materials 18 Yanvar 2012 17:21 (UTC +04:00)
Azərbaycan Türkiyə üçün əvəzolunmaz dost və qardaşdır, iki ölkə arasında dostluq münasibətləri mövcuddur və bu, hər sahədə hiss olunur.
Azərbaycan Türkiyə üçün əvəzolunmaz dost və qardaşdır - deputat

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan Türkiyə üçün əvəzolunmaz dost və qardaşdır, iki ölkə arasında dostluq münasibətləri mövcuddur və bu, hər sahədə hiss olunur. Trend-in məlumatına görə, bunu çərşənbə günü Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdet Ünüvar Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, ən ağır dövrlərdə iki xalq bir-biri ilə yaxın olmağa çalışıb.

Ünüvar Fransada "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etmək cəhdinə toxunaraq bildirib ki, Azərbaycan və Türkiyə bunun qarşısını almaq üçün səylərini birləşdirməlidirlər. "Ümumi hərəkət, bu istiqamətdə işlərin görülməsi lazımdır", - o deyib.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim etmişdilər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir. Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Türkiyə Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri çərşənbə axşamı başlayıb.

Xəbər lenti

Xəbər lenti