...

İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədrini qəbul edib

Siyasət Materials 18 Yanvar 2012 17:38 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədrini qəbul edib

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Necdet Ünüvar 2003-cü ildə ölkəmizə səfəri zamanı ulu öndər Heydər Əliyevlə görüşünü ehtiramla xatırladı. O, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri kimi ölkələrarası, o cümlədən parlamentlərarası əlaqələrin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi, ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti