...

Azərbaycan diasporu Niderlandda ermənilərin təxribatının qarşısını alıb

Siyasət Materials 19 Yanvar 2012 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Benilüks Azərbaycanlıları Konqresi (BAK) yanvarın 11-15-də Niderlandın Utrext şəhərində keçirilən beynəlxalq turizm sərgisi çərçivəsində ermənilərin təxribat cəhdinin qarşısını alıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, sərgidə ermənilər Niderland ictimaiyyətini aldadaraq Ermənistana aid guşədə növbəti dəfə heç bir ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmayan "Dağlıq Qarabağ respublikası"na turizm səfərlərinin təşkili ilə bağlı materiallar nümayiş etdirməyə cəhd göstəriblər. Amma hər il olduğu kimi, bu dəfə də onların təxribatlarının qarşısı alınıb.

Niderland Krallığının Xarici İşlər Nazirliyinin strukturuna daxil olan "CBJ" təşkilatı sərginin açılmasına bir neçə gün qalmış Ermənistanı təmsil edən turizm şirkətlərini xəbərdar edərək
"Dağlıq Qarabağ respublikası" haqqında hər hansı bir məlumatın sərgidə nümayiş etdirilməsinin qətiyyən yolverilməz olduğunu bildirib.

Xəbərdarlığa əhəmiyyət verməyən ermənilər öz çirkin niyyətlərini həyata keçirməyə cəhd göstəriblər. Amma onların niyyətləri baş tutmayıb.

Ermənistan guşəsini daima nəzarətdə saxlayan BAK-ın üzvləri ermənilərin təxribat hərəkətləri barədə "CBJ" təşkilatının rəhbərliyinə dərhal məlumat verərək Dağlıq Qarabağa dair eksponatların guşədən çıxarılmasına nail olublar.

"CBJ" təşkilatının rəhbərliyi erməniləri bu cür "təşəbbüs"ə təkrar yol verəcəkləri təqdirdə, belə sərgilərdə iştiraklarının sual altında qalacağını diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti