...

Pakistanda həlak olan azərbaycanlı Neft Akademiyasının tələbəsi olub

Siyasət Materials 23 Yanvar 2012 14:28 (UTC +04:00)
Qeyri-rəsmi məlumata görə, Pakistandakı hərbi əməliyyat zamanı həlak olmuş 23 yaşlı azərbaycanlı Azərbaycan Neft Akademiyasının tələbəsi olub. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.
Pakistanda həlak olan azərbaycanlı Neft Akademiyasının tələbəsi olub

Azərbaycan, Bakı, 23 yanvar / Trend müxbir S.Ağayeva /

Qeyri-rəsmi məlumata görə, Pakistandakı hərbi əməliyyat zamanı həlak olmuş 23 yaşlı azərbaycanlı Azərbaycan Neft Akademiyasının tələbəsi olub. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Yerli KİV xəbər verir ki, Pakistan hərbiçilərinin apardıqları əməliyyat zamanı beş mücahid, o cümlədən 23 yaşlı Azərbaycan vətəndaşı Xaqani Sahib oğlu İmamverdiyev öldürülüb.

Xaqani İmamverdiyev Pakistanın Əfqanıstanla sərhəddində yerləşən dağlıq şimal-qərb regionu olan və yerli hakimiyyətin nəzarət etmədiyi Vəziristanda qeyri-leqal şəkildə fəaliyyət göstərib. Bu barədə səfirlik Pakistanın hüquq-mühafizə orqanlarına istinadən məlumat verib.

İmamverdiyev həmin regionda da dəfn ediləcək.

Vətəndə hərbi xidmətdən yayınmaqda günahlandırılan İmamverdiyev Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

Xəbər lenti

Xəbər lenti